Bir milyon dollar aliment verməli olacaq

Amerikanin CBS kanalının idman verilişlərinin aparıcısı Cim Nantz keçmiş arvadına 1 milyon dollara yaxın (916 min dollar) aliment verməli olacaq.

Bundan başqa onun Konnektikutdakı evi də əlindən çıxıb.

Bu haqda məhkəmə qərar çıxarıb.

Aparıcı və onun arvadı An Loran Nantz 26 il idi evli idilər. Onların 15 yaşlı qızları var. Boşanmaya hər iki tərəfin razılığı ilə qərar verilib.

50 yaşlı aparıcının illik gəliri 8 milyon dollardan çoxdur.