Avropa Əfqanıstana yeni hərbçilər göndərməyə həvəsli deyil

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo deyib ki, ABŞ prezidenti Barak Obamanın Əfqanıstandakı Amerika qoşunlarının sayının artırmasını düşündüyünü söyləməsinə baxmayaraq, Avropa dövlətləri bu ölkəyə yeni hərbçilər göndərməyə həvəsli deyillər.

Rəy sorğuları Avropa dövlətlərinin çoxunda böyük əksəriyyətin qoşunların Əfqanıstandan çıxarılmasına tərəfdar olduğunu göstərir.

Hazırda Əfqanıstanda 67 min Amerika, 42 min isə müttəfiq qoşunu var.