Tbilisi Qafqaz xalqlarının dillərində yeni telekanal yaradır

Gürcüstan Qafqazda azsaylı xalqların dillərində televiziya verilişləri yaymağı planlaşdırır.

Yerli media kanala Kreml əleyhdarı olan jurnalistlərin toplandığını xəbər verir.

Amma rəsmilər bildirib ki, yeni televiziya kanalı əsasən keçən il ölkənin Rusiya ilə müharibəsindən sonra yaranan proseslərə bağlıdır. Əsas məqsəd də Qafqazdakı milli azlıqlarla ünsiyyətin qurulmasıdır.