Bu gün gənc bloggerlərin məhkəməsi davam edəcək

Bu gün Səbayel rayon məhkəməsində həbsdə olan bloggerlər Emin Milliylə Adnan Hacızadənin məhkəmə prosesi davam edəcək. Məhkəmə saat 3-də olacaq. Bu günkü prosesdə şahid ifadələri dinləniləcək.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.