Amerika ordusunda zabit 12 hərbçini güllələyib

ABŞ-ın Texas ştatındakı hərbi bazada bir zabitin açdığı pərakəndə atış nəticəsində 12 hərbçi həlak olub, 31-i isə yaralanıb. Atəş açan şəxsin cavab atəşi ilə yaralandığı və ələ keçirildiyi xəbər verilir.

Bu, mayor rütbəsi daşıyan ərəb əsilli Nidal Malik Həsəndir.

Prezident Barak Obama hadisəni “zorakılığın dəhşətli od püskürməsi” kimi qiymətləndirib.