Bu günədək Dairə Seçki Komissiyaları bələdiyyə seçkiləri üzrə 16054 nəfərin namizədliyini qeydə alıb. Bu barədə MSK-nın mətbuat katibi Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, bələdiyyə seçkilərində 21 partiya iştirak edir.
Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. İmza vərəqləri dairə seçki komissiyalarına noyabrın 13-də saat 18.00-ə qədər təqdim olunmalıdır.