Britaniya ordusu Əfqanıstandan çıxmayacaq

Britaniya bundan sonra da Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etməkdən imtina etməyəcək. Bu haqda bu gün Britaniyanın baş naziri Qordon Braun Əfqanıstanla bağlı nitqində bildirib.

Ötən həftə Əfqanıstanda 7 Britaniya əsgəri həlak olub. Ölkədə aparılan rəy sorğuları Britaniyanın Əfqanıstandakı hərbi missiyasına ictimai dəstəyin getdikcə azaldığını göstərir.