Məktəb və məscidlərin 500 metrliyində spirtli içki satmaq qadağan edildi

Özbəkistanda məktəblərin dini tikililərin yaxınlığında spirtli içki satılması qadağan qadağan edilib. Hökumətin bu barədə qərarı noyabrın 1-dən qüvvəyə minib.

Yeni qayda məktəblərin, məscidlərin və bu kimi tikililərin 500 metr çevrəsində spirtli içkilərin, o cümlədən də pivənin satılmasını qadağan edir.

Bu qərarın icrasına da Vergilər Nazirliyi nəzarət edir.

Yerli hakimiyyət nümayəndələri bu qərara şərh verməkdən imtina ediblər.