Pakistanda 3 əsgər öldürülüb

Pakistanın şimal-qərbindəki nəzarət-buraxılış məntəqələrindən birinə hücum nəticəsində 3 əsgər ölüb.

Hücumu dünən axşam Hanqu vilayətində talibançılar törədib.

Hökumət qoşunlarının Cənubi Vəziristanda talibançılara qarşı apardığı irimiqyaslı hərbi əməliyyatlar davam edir.

Əməliyyat bir neçə həftə bundan əvəl başlayıb.