Əfqanıstanda təkrar prezident seçilmiş Həmid Kərzai söz verib ki, onun yeni administrasiyasında korrupsionerlərə yer olmayacaq. O, Amerika televiziyasına müsahibəsində bildirib ki, layihələrin idarə olunma sistemi pis təşkil edildiyinə görə Əfqanıstandakı mövcud yüksək korrupsiyaya görə donor ölkələr də müəyyən məsuliyyət daşıyırlar. Bununla belə, Kərzai yüksək vəzifəli bəzi rəsmilərin, o cümlədən narkotika ticarəti ilə məşğul olduğu söylənilən qardaşı Valinin korrupsiyaya qurşandığı barədə iddiaları rədd edib.