ABŞ İranın nüvə proqramıyla cavabını bir az da gözləyəcək

Vaşinqton Tehrana nüvə proqramıyla bağlı Qərbin təkliflərinə daha dəqiq cavab vermək üçün bir az da vaxt verməyi düşünür. ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Qlin Deyvis noyabrın 9-da, Vyanada jurnalistlərə belə deyib. Deyvis əlavə eləyib ki, ABŞ Tehranın cavabı gecikdirməyəcəyinə ümid edir.

ABŞ-ın dəstəklədiyi təklif İranın artıq zəngingləşdirdiyi uranı xaricə göndərməsini, əvəzində isə Rusiya və Fransadan atom reaktoru üçün hazır nüvə yanacağı almasını nəzərdə tutur.