Moldova parlamenti prezidenti seçə bilmədi

Bu gün Moldova parlamenti prezidenti seçə bilmədi.
Prezidentliyə namizəd kimi Marian Lupu irəli sürülmüşdü.

Kommunistlər səsverməni boykot edəndən sonra Qərbpərəst 4 partiya deputatlarına lazım olan səsi yığmaq mümkün olmadı.
Lupuya 53 səs verildi, lazım olan səslərin sayı isə 63-dür.
Növbəti səsvermə dekabrda olacaq.

Moldovadakı müşahidəçilərin fikrincə kommunistlər səsverməni boykot etməklə, gələn ilin əvvəlində yeni parlament seçkilərinin keçirilməsinə çalışırlar. Çünki parlament prezidenti seçə bilməsə, yeni parlament seçkiləri olmalıdır.