«Vaşinqton snayperi» edam olunub

«Vaşinqton snayperi» kimi tanınan Con Allen Məhəmməd edam olunub. Ona ölümcül iynə vurulub.

48 yaşı olan Məhəmməd 2002-ci ildə snayper tüfəngi ilə Vaşinqton və ətrafında 10 adam güllələmişdi.

Vaxtilə orduda yaxşı təlim keçmiş Məhəmməd öz qurbanlarını benzindoldurma stansiyalarının yanında, məktəblərin və dükanların ətrafında güllələyirdi. O, 2002-ci ilin oktybarında bütün Vaşinqton dairəsini qorxu içində saxlayırdı.

Məhəmmədi yalnız polisin nəhəng pusqu əməliyyatı sayəsində tuta bildilər.