Prezident pensiya qanununa əlavələri imzaladı

Prezident İlham Əliyev «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişiklikləri imzalayıb.

Milli Məclis əlavə və dəyişiklikləri oktyabrın 27-də qəbul etmişdi.

Yenilənmiş qanuna görə, çoxuşaqlı anaların pensiyaya çıxması üçün imtiyazlar ləğv edilir. Əvvələr üç və daha çox uşağı olan analar pensiyaya çıxanda hər uşağa görə bir il güzəşt alırdı. Başqa dəyişikliyə əsasən, çoxuşaqlı anaların pensiyaya çıxması üçün əmək stajı beş ildən on iki ilə kimi artırılıb. Qadınların və kişilərin pensiyaya çıxma yaşı müvafiq olaraq 60 və 63 yaşa qaldırılıb.

Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək. /Mediaforum/