Əfqanıstanın yeni hökuməti «ədalətli» olacaq

Əfqanıstanın yeni hökuməti «çox təmiz və ədalətli» olacaq. Əfqanıstanın XİN Rangin Dadfar Spanta - beynəlxalq ictimaiyyətin ölkədə geniş yayılmış korrupsiyanı aradan qaldırmaq çağırışlarına cavab olaraq belə deyib.

Noyabrın 10-da Spanta Kabildə isveçli həmkarı Karl Bildtlə danışıqlar aparıb.

Əfqan nazir deyib ki, prezident Həmid Kərzayinin kabinetində «yeni simalar, fəal simalar, etibarlı simalar» olacaq.