İran öz nüvə infrastrukturunu qoruyacaq

Mahmud Əhmədinejad deyib ki, İran öz nüvə infrastrukturunu qoruyacaq. O deyib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yüksək səviyyədə əməkdaşlıq etsə də, nüvə proqramını dayandırmasından söhbət gedə bilməz.

Prezidentin sözlərinə görə, Tehran indi BMT-nin təklifi əsasında öz uran ehtiyatını nüvə yanacağına çevrilməsi üçün xaricə göndərib-göndərməmək kimi mühüm bir dilemma qarşısında qalıb.

Dünən Rusiya İranı həmin təklifə müsbət cavab verməyə çağırıb.