H1N1 virusuna yoluxmuş üç xəstə evə buraxılıb

H1N1 virusna yoluxmuş altı xəstədən üçü bu gün evə buraxılıb. Bunu AzadlıqRadiosuna Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov deyib. Qalan üç xəstənin vəziyyəti də yaxşıdır. Onun sözlərinə görə, “donuz qripi” virisunun ilk aşkarlandığı qadının ciyərlərində başqa bir xəstəlik üzə çıxdığından o hələ müalicəsinin davam etdirir.

Noyabrın əvvəlindən indiyə qədər Azərbaycanda 14 nəfərdə «donuz qripi» viriusu aşkarlanıb. Bu ilin yayında isə iki nəfərdə də virus aşkarlanmışdı.