General Miloşeviçin həbs müddəti azaldılıb

Haaqa tribunalı Bosniya serbi, general Dragomir Miloşeviçin həbs müddətini 33 ildən 29 ilə endirib.

O 1994-95-ci illərdə Bosniyanın paytaxtı Sarayevo hücumuna rəhbərlik etməkdə ittiham olunurdu. Həmin əməliyyatda 10 minə yaxın adam qətlə yetirilmişdi. Onlardan min nəfəri uşaq idi.