Əfqanıstanda nəzarət yerli qüvvələrə keçə bilər

Gələn ildən Əfqanıstanda təhlükəsizliyə görə cavabdehlik yavaş-yavaş kolaisiya qüvvələrindən Əfqanıstan ordusuna keçə bilər.

Bunu NATO-nun baş katibi Forq Rasmussen Londonda Britaniyanın baş naziri Qordon Braunla görüşdə deyib.

O qeyd edib ki, bu proses şəraitin imkan verdiyi rayonlarda həyata keçirilə bilər.