ABŞ-ın hərbi bazasının çölündə partlayış olub

Kabildə noyabrın 13-də bu səhər ABŞ-ın hərbi bazasının çölündə partlayış olub. Beynəlxalq qüvvələrin 3 əsgəri və 3 dinc sakinin öldüyü bildirilir.

Partlayışın olduğu ABŞ bazası Kabil aeroportunun yaxınlığında yerləşir.

NATO sözçüsü hadisəni təsdiqləsə də, ətraflı məlumat verməyib.

Partlayışa görə məsuliyyəti Taliban öz üzərinə götürüb.