NASA Ayda su tapdı

ABŞ-ın kosmik agentliyi NASA bu gün Ayda kifayət qədər donmuş su tapıldığını elan edib.

Bu məlumatlar NASA-nın Ayda apardığı əməliyyatla əldə edilib. Keçən ay Agentlik bu planetdə su olub-olmadığını dəqiqləşdirmək üçün Aya iki raket buraxmışdı. Raketlərin planeytə çırpılması ilə yaranan tox-dumanı tədqiq edən alimlər orada suyun olması qənaətinə gəliblər.

Alimlər bu axtarışların Ayda daimi baza yaratmağa gətirib çıxaracağına ümid edirlər.