Səhiyyə Nazirliyi qoruyucu maskaların (respirator) satışında süni qiymət artımına yol verən 4 aptekin fəaliyyətini dayandırıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib. Bu apteklərdən üçü Bakıda, biri isə Gəncədə fəaliyyət göstərib. P.Əzizbəyov deyir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti ilə birgə aparılan yoxlamalar ayın sonunadək davam edəcək. |