Yol qəzasında bir ailə 5 üzvünü itirdi

Noyabrın 14-də saat 18.20 radələrində Bakı-Qazax yolunun 239-cu kilometrliyində Azərbaycanın Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.

Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Aydın Şirinovun idarə etdiyi qoşqulu yük maşını Laçın rayon sakini 1969-cu il təvəllüdlü Ağəli Şahverdiyevin idarə etdiyi «VAZ- 21 015» markalı maşınla toqquşub.

Nəticədə «VAZ- 21 015» markalı maşının sürücüsü A. Şahverdiyev və onun ailə üzvləri, 1933-cü il təvəllüdlü Kərəm Şahverdiyev, hələlik təvəllüdləri müəyyənləşdirilməyən Nəcəfəli, Mahizər, Türkanə Şahverdiyevlər hadisə yerindəcə keçiniblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. APA