Çexiyada məxməri inqilabın ildönümü qeyd olunur

Çexiyanın keçmiş prezidenti Vaslav Havel Məxməri inqilabın 20 illiyi münasibəti ilə yubiley mərasiminin açılışını edib.

Mərasimdə politoloqlar, musiqiçilər və dünyanın digər tanınmış şəxsləri iştirak edir.

1989-cu ilin noyabrında dinc inqilabla Çexoslovakiyada kommunist rejiminə son qoyuldu.