«Quş qripi»nin monitorinqi başlayır

Noyabrın 16-dan «quş qripi»nin mövcudluğunu yoxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti monitorinqlərə başlayacaq. Monitorinq Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən Ovçular Cəmiyyətinin birgə əməkdaşlığı ilə keçiriləcək.

Yoxlama tədbirləri köçəri quşların müvəqqəti yaşadıqları ərazilərdə - Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarında, həmçinin dövlət park və qoruqlarında, sahilboyu ərazilərdə və digər müvafiq ərazilərdə aparılacaq.

Monitorinq çərçivəsində laboratoriya analizinin keçirilməsi üçün quşlardan və özəl təsərrüfatlardan nümunələr götürüləcək.

Analizin nəticələri noyabrın 27-də elan ediləcək. Qeyd edək ki, hazırda «quş qripi» ilə əlaqədar epizootik vəziyyət stabildir. ANS