İcra hakimiyyətinin seçkiyə müdaxiləsi yolverilməzdir

Azad və ədalətli seçkilərin keçirilməsinə icra hakimiyyəti orqanlarının müdaxiləsi yolverilməzdir. Bunu ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel bildirib.

“Təşviqat kampaniyasının keçirilməsində bütün namizədlər üçün bərabər şərait yaradılması çox mühümdür. Bundan başqa, səslərin hesablanması zamanı şəffaflığın təmin edilməsi və müşahidəçilərin iştirakı üçün şərait yaradılmalıdır”,

deyə Cankorel bələdiyyə seçkiləri ilə bağlı icra başçıları və dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən informasiya sessiyasında bildirib.