Avropa Şurası dekabrda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək. Bu haqda məlumat verən AŞPA baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek bildirib ki, seçkilərə Avropa Şurasının Yerli Özünüidarə Konqresinin kiçik müşahidə heyəti gələcək.
Kotek deyib ki, “hələ missiyanın tərkibi müəyyən edilməyib. Müşahidə missiyası çox kiçik olacaq və seçkidən bir neçə gün əvvəl gələcək”.