Müasir Təhsil və Tədrisə Dəstək Mərkəzi ölkədə ümumtəhsil məktəblərinin cari büdcəsinin yeni hazırlanma və xərclənmə qaydalarının tətbiqini əhatə edən layihə gerçəkləşdirib. Azərbaycan məktəbləri bu yeni qaydaların tətbiqinə necə yanaşıblar? Ümumiyyətlə, yeni qayda köhnədən nə ilə fərqlənir? Dünyanın hansı ölkələrində bu yeni qaydadan yararlanırlar? Mərkəzin bölgələrdə tətbiq etmək istədiyi qaydalar uğurlu alındı-alınmadı? Bu və digər suallara cavab almaq üçün Mərkəzin Təhsil Siyasəti Layihəsinin rəhbəri Nailə İsmayılovanı və Təhsil Siyasəti Forumunun eksperti Elçin Rəşidovu «İz»ə qonaq çağırdıq.
S.İ.: Nailə xanım, Elçin bəy, lütfən yeni layihəniz barədə dinləyicilərimizi məlumatlandırın.
N.İ.: Bu layihə «Məktəb layihələşməsi və idarəetməsi. Təcrübə və siyasət» adlanır. Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşən təşəbbüsdür. Siz bilirsiniz ki, Azərbaycan hökuməti Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən, təhsil islahatları layihəsini həyata keçirir. İslahat proqramlarının bir sıra komponentləri var. Onlardan biri də maliyyələşməninin və idarəetmənin yeniləşdirilməsi və təkmilləşdirilməsidir. Bu məqsədlə imzalanan kredit sazişinə əsasən, 3 pilot rayon seçildi - İsmayıllı, Ucar və Şirvan. Bu rayonlarda yerləşən 59 məktəbə maliyyə müstəqilliyi verildi, idarəetmədə müəyyən təkmilləşdirmələr aparıldı. Artıq bu məktəblərin özünün əsasnaməsi, məktəb şuraları, mühasibi oldu. Nəzərinizə çatdırım ki, ənənəvi idarəetmədə bunlar yoxdur. Yeniliyin necə qarşılanacağı bizə çox maraqlı idi. Burada 2 əsas istiqamət götürmüşdük. Biz həm mövcud olan maliyyə sistemini təhlil edirdik, həm də yeni modelin tətbiqinin zəruriliyini sübut etmək istəyirdik. Bu zaman təbii ki, yerlərdə olan çətinliklər, Qanunvericilik səviyyəsində mövcud olan problemləri də diqqət mərkəzində saxlayırdıq.
S.İ. : Yeri gəlmişkən, yerlərdə bu yeni qaydalara münasibət necə idi?
N.İ.: Müsbət idi. Az da olsa, yeni qaydalar barədə xəbərsiz deyildilər. Məktəb şuralarında da yerli icmanın, bələdiyyələrin, eləcə də məktəbin özünün təmsilçiləri var idi. Keçən il bu mövzuda bir yay məktəbi də təşkil etdik. UNESKO-nun ekspertlərini də dəvət etmişdik. Siz bilirsiniz ki, bu qaydalar artıq bir sıra ölkələrdə yayılıb. Şagird başına maliyyələşmə Avropada, Afrikada, eləcə də bəzi postsovet ölkələrində tətbiq olunur. Ancaq biz layihənin icrasında müəyyən çətinliklərlə qarşılaşdıq. Müzakirələr zamanı gördük ki, bir sıra maneələr var ki, pilot layihənin icrasında problemlər yaradır.
S.İ.: O maneələri bizə sadalayarsınızmı?
N.İ.: Belə maneələr Qanunvericilik səviyyəsində idi. Məsələn, Büdcə haqqında Qanun imkan vermir ki, məktəblər öz büdcələrini müstəqil maliyyələşdirsinlər. Eyni zamanda qənaət olunmuş vəsaitlərin başqa xərclərə yönəlməsinə, hətta başqa ilə keçirilməsinə imkan vermir. Bu layihə başlayanda, Nazirlər Kabinetinin müvafiq qərarı var idi. 3 pilot rayon məktəblərinə istisna hal kimi belə bir imkan verilmişdi. Təəssüf ki, Büdcə haqqında Qanunun tələbləri Qərardan daha üstün olduğu üçün insanlar ona müraciət etməyə başladılar ki, bu da yerlərdə çətinliklər yaratdı.
S.İ.: Bəs bütün bunlardan sonra işiniz necə getdi?
N.İ.: İlk növbədə məktəb direktorları, məktəb şuraları ilə görüşlər keçirdik. Kadr məsələsi də problem kimi ortaya çıxırdı. Görünür, bizdə müstəqil maliyyələşməyə kifayət qədər hazır olmayan insanlar var. Hətta məktəb direktorları arasında da belələri az deyil. Ona görə də, xüsusən ilk vaxtlarda, işin mahiyyətini anlamağa çətinlik çəkirdilər. Məsələn, biz mühasiblər üçün təlimlər keçirdik. Çünki yeni qaydalara görə, məktəbin büdcəsi düstur əsasında hazırlanmalıdır. Əslində bu elə də çətin bir şey deyil. Həddindən çox riyazi işarələr olduğuna görə baxanlar nədənsə qorxurdular. Hətta UNESKO-dan gələn ekspert də bu qərara gəldi ki, insanlar bu düsturlardan qorxurlar... Eyni şeyi mühasiblərlə keçdiyimiz təlimlərdə də görürdük. Onlar da, işin öhdəsindən gələ bilməyəcəklərindən ehtiyatlanırdılar. Başqa bir çətinlik kommunikasiyanın azlığı idi. Sənədlər hazırlananda nəyə isə istinad olunmalıdır. Bəzən bu sənədləri tapmaqda çətinlik çəkirdilər. İnsanlar öz aralarında problemləri bölüşmürdülər. Və demək olar ki, bütün rayonlarda eyni problemlər yaşanırdı. İnsanlar düşünürdülər ki, büdcəni hesablasaq da, onu bizə verməyəcəklər. Onsuz da, maliyyə idarəsi həmişə büdcəni azaldır, bu isə ehtiyacları qarşılamağa imkan vermir və s.
S.İ.: Layihə daha nələri əhatə edirdi?
E.R.: Layihə eyni zamanda məktəblərin büdcəsinin hazırlanmasının və xərclənməsinin şəffaflığını hədəfləyirdi. Burada əsas məsələ, Nailə xanımın da dediyi kimi, düsturlardan istifadə edilməsi və məktəblərdən tələb olunan şagird sayı və şagird tərkibi idi. İşin gedişində biz qiymətləndirmə apardıq və pilot layihənin uğursuzluğunun səbəblərini müəyyənləşdirdik. Əvvəlcə onu deyim ki, layihənin başlanmasını mən uğur kimi qiymətləndirirəm. Bəs niyə iş uğurlu alınmadı? Çünki layihənin mahiyyətində olan – şagird başına büdcə ayrılması, həmin hazırlanmış büdcə əsasında məktəblərə müstəqillik verilməsi həyata keçmədi. Bu işdə Maliyə Nazirliyinin, yerli maliyyə qurumlarının rolu əsasdır. İslahatlar pilot səviyyəsində keçirilməlidir ki, sonra bütün ölkəyə yayılsın. Maliyə Nazirliyi Nazirlər Kabinetinin qərarına əməl etmədi. Çünki bu nazirlik Nazirlər Kabinetindən elə də asılı deyil...Onlar daha çox Azərbaycanın Büdcə sistemi haqqında Qanuna istinad etdilər. Nazirlər Kabinetinin Qərarını - 59 məktəb üçün ayırdığı istisnanı nəzərdə tutmadılar. Burda məktəblərə diri-bütöv büdcə tutmaq həvalə edilir və büdcənin necə, hansı istiqamətdə xərclənməsi məktəb şuralarına tapşırılır. Direktor məktəb şuralarının verdiyi qərarları icra etməyə başlayacaqdı. Amma məktəb şuralarına səlahiyyət verilmədi. Sonda Maliyə Nazirliyi həmin məktəblərdən xərc maddələri üzrə büdcə tələb etdi. Bu da məktəb şuralarının rolunu əlindən almaq demək idi. İslahat maliyyə islahatıdır. Mərkəzi fiqur da Maliyə Nazirliyi olmalıdır. Təəssüf ki, Təhsil Nazirliyindən gələn təşəbbüslərə baxmayaraq, Maliyə Nazirliyi bu islahatın sahibkarına çevrilmədi. Həmin pilot məktəblərin büdcəsinin hazırlanması yenə köhnə qaydada getdi...
S.İ.: Düsturun özü ilə bağlı da soruşmaq istəyirdim. Bəlkə doğrudan da çətindir qavramaq?
E.R.: Biz qonşu dövlətlərin təcrübəsinə də baxdıq. Bizim düstur çox sadədir. Onların düsturu getdikcə mürəkkəbləşir, daha da əhatəli olmaq üçün. Amma o mürəkkəblikdə problem yoxdur. Çünki gələcəkdə məktəb maliyyəsinin şəffaf olması üçün büdcə mərkəzi qaydada - kompyuterlə hesablanır. Düstura daxil olan yeganə dəyişən şagirdlərin sayıdır və tərkibidir. Hal-hazırda mövcud sistemdə büdcənin hazırlanması mərkəzləşdirilib. Büdcənin xərclənməsinə isə, əksinə, mərkəzdən qərar verilir. İslahat isə əksini tələb edir.
S.İ.: Bəs bu işin axırı necə olacaq?
N.İ.: Layihənin müddəti bitib. İndiki mərhələdə pilotu uğurlu hesab edə bilmərik. O icra olunmayıb. İndi Təhsil Nazirliyində ali məktəblərdə tələbə başına maliyyələşdirmə ideyası üzərində işləyirlər. Demək, məktəblərlə bağlı məsələ də qalxmalıdır. Layihəyə yeni nəfəs verməyi düşünürük. Təhsil Nazirliyi və Dünya Bankının əlaqələndirmə qrupu ilə əməkdaşlığımız nəzərdə tutulub. İndi ölkə parlamentində büdcə müzakirələri gedir. Biz bir sıra millət vəkillərinə, o cümlədən bu pilotun həyata keçirildiyi rayonların millət vəkillərinə müraciət etmişik ki, onlar bu məsələnin parlamentdə səslənməsi üçün bizə yardımçı olsunlar.