Fələstin müstəqilliyinin tanınması üçün BMT-yə müraciət edir

Fələstin müstəqilliyinin tanınması üçün BMT-yə müraciət edəcəyini bəyan edib. Fələstinin nümayəndəsi Saeb Ərəkat bildirib ki, aparılan müzakirələrdən sonra bu qərara gəliblər ki, paytaxtı Şərqi Qüds olan, İordan çayının Qərb sahili və Qəzza zolağında yerləşən müstəqil Fələstin dövlətinin tanımaqla bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməyin vaxtı yetişib.
Ərəkatın sözlərinə görə, ABŞ-ın təşəbbüskarı olduğu Fələstin-İsrail danışıqları artıq uzun zamandır ki, nəticəsiz qaldığından bu qərara gəliblər.

Fəsləstinlilərin bu açıqlamasından sonra, İsrail Baş naziri Benyamin Netanyahu fələstinlilələrə “birtərəfli” addımlara yol verməməklə bağlı xəbərdarlıq eləyib. Netanyahu deyib ki, Fələstin dövləti ancaq İsraillə danışıqlar nəticəsində yaradıla bilər.