Bu gün çexlərlə slovaklar Çexoslovakiyada kommunist rejimin çökməsi ilə nəticələnən Məxməri İnqilabın 20-ci ildönümünü qeyd edirlər.
1989-cu il noyabrın 17-də Praqada polisin tələbələrin dinc nümayişini dağıtması kütləvi etiraz aksiyalarına təkan vermişdi. Aramsız davam edən etiraz aksiyaları 40 illik sovet rejiminin dağılmasına gətirib çıxarmışdı.
1993-cü ilin əvvəlində isə siyasi liderlərin razılaşmasına əsasən Çexoslovakiya dinc yolla iki respublikaya – Çexiya və Slovakiya respublikalarına ayrıldı.