Qordon Braun Əfqanıstanla bağlı yeni təklif verib

Britaniyanın baş naziri Qordon Braun Əfqanıstanla bağlı yeni təklif verib. Braun təklif edir ki, təhlükəsizlik vəzifəsini yerli əfqan qüvvələrinə təhvil vermək üçün qrafik hazırlamaq məqsədilə gələn ilin əvvəlində beynəlxalq konfrans keçirilsin. Baş nazirin fikrincə, bu, müttəfiq qoşunların, o cümlədən Britaniya əsgərlərinin Əfqanıstanı tərk etməsinə imkan yaradar.

Müttəfiq qoşunların Pakistan ordusunun dəstəyilə Əl-Qaidə teror şəbəkəsini məhv etmək istiqamətində uğurlar qazandığını söyləyən Qordon Braun bildirib ki, beynəlxalq terrorizm Britaniyanın milli təhlükəsizliyi üçün hələ də ən böyük təhlükədir.