«Meydan Hərəkatından artıq 21 il keçib. Biz həmin mitinqlərə görə 1989-cu ildə «İlin xalqı» elan olunmuşuq. Bizim təcrübəmizdən Çinin Tiananmen meydanında istifadə olunub. Hazırda bu sözləri demək çətindir. Azərbaycan hələlik zəncirlənmiş Prometey kimi gözləyir...» Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə bildirir ki, hərəkatda yanlışlıqlar var idi: «Biz vaxtında meydandan dağıla bilmədik. Mütəşəkkil qaydada vaxtında dağılsaydıq, ordu Bakıya girməsəydi və fövqəladə vəziyyət elan olunmasaydı, Meydan Hərəkatının sonrakı proseslərə daha güclü təsiri ola bilərdi…». Sabir Rüstəmxanlı bildirir ki, «Azadlıq» meydanı bir universitet idi: «O universitetə gələn yüz minlərlə insan ordan milli birlik və müstəqillik uğrunda mücadilə dərs alıb gedirdi Onun da nəticəsini gördük. Şübhəsiz, çox ciddi problemlərimiz var. Azərbaycan torpağının bir hissəsi hələ işğal altındadır. Hakimiyyət bölgüsü aparılmayıb, söz azadlığında problemlər var, iqtisadiyyat inkişaf etsə də, mənəvi dəyərlərimizin qorunması sahəsində arzularımıza çata bilməmişik. Amma meydanın ən böyük istəyinə - Azərbaycanın SSRİ-dən qopmasına - nail olmuşuq». AXCP sədri Əli Kərimli isə deyir ki, meydan hadisələri Azərbaycanda indiki vəziyyət meydan hərəkatından əvvəlki vəziyyəti xatırladır: Ənvər Əliyev isə bu rəqəmlə razı deyil: «Ən azı mən mitinqi açanda meydanda 30-40 min adam vardı...» |