AB-nin prezidenti seçilir

Avropa Birliyinin (AB) noyabrın 19-da xüsusi sammiti keçirilir. Qurumun prezidenti və XİN-i seçiləcək.

Bu postların yaradılması Avropa Birliyi ölkələrinin ratifikasiya etdiyi – Lissabon müqaviləsindən irəli gəlir.

Lissabon müqaviləsi Avropa Birliyində qərarların qəbulu prosesini qaydaya salacaq, qurumun dünya siyasətindəki rolunu artıracaq.