Direktor müəllimlərin məvacibini mənimsəməkdə günahlandırılır

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıdakı lal-karlar üçün 3 saylı internat məktəbin direktoru Məlahət Səmədovanın məhkəməsi başlayıb. Məlahət Səmədova vəzifə saxtakarlığında və müəllimlərin məvaciblərini mənimsəməkdə ittiham olunur.

Dövlət ittihamçısının məhkəmədə elan etdiyi ittiham aktına görə, Məlahət Səmədova direktoru olduğu məktəbin 25 müəlliminin adına yazılmış məvacibləri mənimsəyib. Həmin müəllimlər işdə zərərçəkmiş kimi tanınıb.

Məhkəmədə dindirilən Məlahət Səmədova özünü qismən təqsirli bilib.