Patriarxın dəfnində on minlərlə adam iştirak edib

Noyabrın 19-da on minlərlə adam Serbiyanın Provaslav kilsəsinin patriarxı Pavlenin dəfnində iştirak edib.

20 ildir kilsəyə rəhbərlik edən Pavle bazar günü uzun sürən xəstəlikdən sonra 95 yaşında vəfat edib.

Polis bildirib ki, təxminən 200 min insan Belqradda baş Provoslav kilsəsinin yanına toplaşıb. Mərasimə ölkənin siyasi liderləri də qatılıb.

Patriarx Pavle kommunist hökumətinin süqutundan sonra kilsəyə rəhbərlik edib.