Ucar-Yevlax yolu açıldı

Bu gün Ucar-Yevlax avtomobil yolunun açılışı olub.

İnşasına 2007-ci ilin aprelində başlanılmış bu yolda 5 körpü tikilib.

Onlardan ikisi Kür çayının üzərindədir.

Əsas tikinti işlərini Türkiyənin “Polad Yol Yapı” şirkəti aparıb.

Yol dövlət büdcəsi, OPEK Fondu və İslam İnkişaf Bankının ayırdığı kredit hesabına çəkilib.

Layihənin dəyəri 69 milyon 283 min dollardır.