Putin ümid edir ki, Avropa bu qış qazsız qalmayacaq

Rusiya ilə Ukrayna arasındakı mövcud qaz razılaşmaları Avropanın stabil olaraq enerji ilə təchiz olunacağına təminatdır. Bunu Rusiyanın baş naziri Vladimir Putin Yaltada ukraynalı həmkarı Yuliya Timoşenko ilə görüşündən sonra deyib. Putin yeni ildə Avropanın qaz kəsintisi ilə üzləşməyəcəyinə ümid etdiyini də bildirib.

İki ölkə arasında qazın nəqli ilə bağlı mübahisə ötən qış Avropada milyonlarla insanı qazsız qoymuşdu. Bu ayın əvvəli Putin Ukraynanın aldığı qazın pulunu vaxtında ödəməyəcəyi təqdirdə yenidən hədələmişdi. Dünən Timoşenko qaz pulunu vaxtında ödəyəcəklərinə söz verib.