Putin Sarkozi ilə görüşəcək

Bu gün verilən rəsmi məlumata görə Rusiyanın baş naziri Vladimir Putin noyabrın 26-da və 27-də Fransaya səfəri zamanı prezident Nikola Sarkozi ilə görüşəcək.

Putin bu ölkəyə Fransa-Rusiya əlaqələrini komissiyasının iclasında iştirak etmək üçün gedir. O, sonuncu dəfə Fransada 2008-ci ilin mayında olmuşdu.