Bakıda odlu silahla qətl törədilib

Bakıda odlu silahlla qətl törədilib.

ANS PRESS-in Yasamal rayon Prokuroluğuna istinadla verdiyi məlumata görə, 26 yaşlı İmanulla Bəşirov əvvəllər məhkum olunmuş şəhər sakini Şahin Nurməmmədovu ürək nahiyəsindən odlu silahla vurub.

Şahin Nurməmmədov 1 saylı şəhər xəstəxanasına çatdırılsa da, orada keçinib.

Hadisə bu gün saat 01.25 radələrində Yasamal rayonunun Abdulla Şaiq küçəsində baş verib.

Faktla bağlı cinayət işi açılıb.