Rumınyada prezident seçkiləri keçirilir

Rumınyada prezident seçkiləri keçirilir.

Əsas mübarizənin indiki prezident Trayan Basesku və senatın sədri, Sosial Demokrat partiyasının rəhbəri Mirça Cuana arasında olacağı gözlənilir.

Əgər namizədlərdən heç biri qalib gələ bilməsə, dekabrın 6-da ikinci mərhələ keçiriləcək.

Rumınya parlamenti bu ilin oktyabrında prezidentə yaxın olan baş nazir Emil Bokanın hökumətinə etimadsızlıq göstərdi.

Yeni prezident kabinet yaratmaq üçün yeni baş nazir təyin etməlidir.