İranın keçmiş vitse-prezidenti 6 il həbs cəzası aldı

İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli Abtahi 6 il həbs cəzasına məhkum edilib.

O mübahisəli iyun seçkilərindən sonra ölkədə keçirilmiş etiraz aksiyaları zamanı həbs olunmuşdu.

Abtahi hökumətə qarşı qəsddə ittiham olunurdu.

Məlumatlara görə o həbsdən sonra hərəkətinə görə peşmanlayıb və hətda televiziyayla çıxışında həbsxanadakı şəraiti tərifləyib.

Abtahi iyun seçkilərində prezidentliyə namizəd, mötədil siyasətçi Mehdi Karrubinin müşaviri olub.

Həmçinin bu yaxınlarda Mehdi Karrubinin özünə qarşı böhtan itihamıyla cinayət işi qaldırılıb.