Braziliya İranı müdafiə edir

İran və Qərb dövlətləri Tehranın nüvə proqramı ilə bağlı məsələnin ədalətli və balanslı şəkildə həllini tapmalıdırlar. Bunu Braziliya prezidenti Lula da Silva ölkəsində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadla görüşdə deyib.

Braziliya prezidenti beynəlxalq sazişlərə əsasən İranın dinc nüvə proqramına malik olmaq hüququnu tanıdığını da bildirib.

Braziliyada yüzlərlə insan İran prezidentinin səfərinə qarşı etiraz aksiyası keçirib. Əhmədinejad Braziliyadan sonra Boliviyaya, oradan isə Venesuelaya səfər edəcək.