Taliban Əfqanıstan xalqını hökumətlə əlaqəni kəsməyə çağırıb

Talibançıların lideri Molla Məhəmməd Ömər Əfqanıstan xalqını oyuncaq hökumətlə əlaqəni kəsməyə çağırıb.

Molla Məhəmməd Ömərin bəyanatı islamçı veb saytlardan birində dərc olunub.

Əfqanıstan prezidenti Həmid Kərzai ötən həftə terrorçuluqdan əl çəkən keçmiş talibançıları hökumətə qoşulmağa çağırıb.

Amma Mölla Məhəmməd Ömər bildirib ki, Əfqanıstan xalqı qərb qüvvələrinin ölkədə qalmasına imkan açan hər hansı danışıqlara getməyəcək.