Danışılmış oyunlara görə 5 klubun adı açıqlanıb

UEFA Avropa turniri çərçivəsində danışılmış oyunlara görə 5 klubun adını açıqlayıb.

Bunlar Albaniyanın “ Tirana “ və “ Vlaznya “ Latviyanın “ Dinaburq “, Sloveniyanın “ Lyublyana “ və Macarıstanın “ Qonved “ klublarıdır.

Bu klublar bu yay çempionlar və Avropa liqaları çərçivəsində keçirilmiş 7 oyunda fırıldaqçılıq etməkdə şübhəli bilinirlər.

UEFA ümumilikdə 40 şübhəli oyunu araşdırıb.

UEFA bildirib ki, konkret cəzalar barədə yalnız istintaq başa çatdıqdan sonra məlumat veriləcək.