Yohannesburq üzərində meteorit (video)

Şənbə günü Cənubi Afrikanın Yohannesburq şəhəri sakinləri axşam səmasında müşahidə etdikləri nəhəng işıq parıltısını görüb donmuşdular. Atmosferə daxil olan meteoritin partlayışı ehtimal olunan bu hadisədən sonra şəhər sakinlərindən meteorit qalıqlarının tapılması haqda xəbərlər daxil olmağa başlasa da, alimlərin ilkin bəyanatında deyilir ki, təqdim olunan maddələrin məhz meteorit qalıqları olması haqda hələ ki, əllərində sübut yoxdur. Astronomlar isə fenomenin meteorit olmasına şübhə etmirlər. Hazırda mütəxəssislər nəzarət kameralarının qeyd etdiyi videogörüntüləri diqqətlə nəzərdən keçirib, meteoritin məhz harada düşməsini dəqiqləşdirməyə çalışırlar