Human Rights Watch Qazaxıstanla bağlı bəyanat verib

Qazaxıstanın gələn il ATƏT-ə sədrlik etməsindən qabaq beynəlxalq ictimaiyyət bu ölkədə insan hüquqlarının qorunması səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmalıdır. Bunu Human Rights Watch təşkilatı deyir.

Gələn ildən ATƏT-ə sədrliyi Qazaxıstan həyata keçirəcək. Qazaxıstanda azad medianın olmamasını və hüquq müdafiəçilərinin həbs edilməsini tənqid edən Human Rights Watch təşkilatı bu ölkənin ATƏT-in insan hüquqları standartlarına cavab vermədiyini bildirir.