Quş qripi tapımayıb

Quş qripiylə bağlı noyabrın 16-da keçirilmiş monitorinqin nəticələri açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, ev və çöl quşlarının qan nümunələrinin müayinəsində quş qripi xəstəliyi müəyyən olunmayıb.

Növbəti monitorinq dekabrın 21-də keçiriləcək.