Nobel mükafatına aid diplom və medalı İran hökuməti tərəfindən əlindən alınan hüquq müdafiəçisi Şirin İbadi deyib ki, onu bu yolla susdurmaq mümkün olmayacaq. İbadi bunu Azadlıq Radiosunun İran xidmətinə bildirib.
“Əgər İslam Respublikası insan haqları ilə bağlı tənqidi hesabatların dərcindən narahatdırsa, bu sahədə vəziyyəti düzəltməyə çalışmalıdır”.
İran hakimiyyəti İbadinin hesabına da qadağa qoyub. Nobel mükafatı həmin hesaba köçürülmüşdü.
Şirin İbadiyə Nobel mükafatı 2003-cü ildə - İranda insan haqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə verilib.