Rusiyanın baş naziri Putin həbsdəki biznesmen Xodorkovski ilə bağlı hökumətə yönələn tənqidləri rədd edib. O, Parisdə olarkən jurnalistlərin suallarını cavablandırıb və Xodorkovskini Amerikada fırıldaqçılıq ittihamı ilə tutulan biznesmen Mədof və qanqster Al Kaponeyə bənzədib.
Xodorkovski fırıldaqçılıq və vergidən yayınma ittihamları ilə 8 illik cəza çəkir, ona qarşı irəli sürülən yeni ittihamlar isə həbs müddətinin daha 20 il uzadılmasına səbəb ola bilər.
Xodorkovskininin müdafiəçiləri isə deyir ki, onu əslində Putinə müxalif qüvvələri maliyyələşdirmək cəhdinə görə tutublar.
Putin deyib ki, “həmin fırıldaq Rusiya dövlətinə milyardlarla dollar ziyan vurub, müxtəlif şəxslərin həyat və sağlamlığına xətər yetirib".
“Bernard Mədofu götürün. Ona Amerikada ömürlük cəza kəsildi, heç kəs də səs-küy salmadı… Siz bilirsiz ki, 1930-cu illərdə Al Kaponeni Amerikada yalnız vergidən yayınmada təqsirli biliblər, amma əslində onu bütün günahkar olduğu əməllərə görə məhkum etmişdilər”