«KQB» yeyib içməyə dəvət edir

Sovet dövründə KQB (Dövlət Təhlükəsizlik Komitəsi) şübhələndiyi adamları zorla evindən çıxarıb sorğu-suala aparırdısa, indi Gürcüstanda adamlar «KQB»yə könüllü gedirlər. Özü də gedər-gəlməzə yox, yeyib-içməyə. Çünki Tbilisinin qədim məhəllələrindən birində yerləşən «KQB» gedər-gəlməz yox, adamların istirahət etdiyi, yeyib-içdiyi o qədər də böyük olmayan bir kafedir.

Bu kafenin divarlarını Sovet rəmzi olan fotolar, sarı nimdaş cinayət qovluqları, tavanını isə sovet sosialist respublikalarının bayraqları bəzəyir. Kafedəki stullar bir-birindən arxasına yazılmış müxtəlif iş nömrələri ilə fərqlənir.